“Putin mənim düşmənim deyil” - Xodorkovski

18 Dekabr 2014 16:52 (UTC+04:00)


AzNews.az xəbər verir ki, YUKOS neft şirkətinin sabiq rəhbəri Mixail Xodorkovski bu sözləri Twitter səhifəsində Putinin canlı yayımda onun haqqında dediyi fikirlərdən sonra yazıb.

Putin bu gün jurnalistlər üçün verdiyi mətbuat konfransında deyib ki, ölkənin digər vətəndaşları kimi Mixail Xodorkovskinin də siyasətlə məşğul olmaq və seçkilərdə iştirak etmək şansı var.

Rusiya prezidenti Mixail Xodorkovskini xəstə anasına görə əfv etdiyini vurğulayıb.

Qeyd edək ki, Mixail Xodorkovski 2013-cü ilin dekabrında prezident Putinin əfv sərəncamı ilə azadlığa buraxılıb.

O, rəhbərlik etdiyi YUKOS şirkətindəki maliyyə fırıldağına görə 10 il həbsxanada yatıb.
Xodorkovski hazırda İsveçrənin Sürix şəhərində ailəsilə birgə yaşayır.