1 dollara müxtəlif ölkələrdə nə almaq olar? - SİYAHI + FOTOLAR
19 Dekabr 2014 15:02 (UTC+04:00)
Bu yaxınlarda 1 dollara 30 rubl almaq olardısa, indi bu rəqəm 80-ə qalxıb.
AzNews.az xəbər verir ki, rublun dəyərdən düşməsi tərkcə Rusiya vətəndaşlarını deyil, planetin digər sakinlərini də bərk qorxuya salıb.
Belə olan halda 1 dollara müxtəlif ölkələrdə nə almaq olar?
AzNews.az bu sualın cavabını tapmaq üçün dünya "menyusuna" ekskursiya edib.
Qrenlandiyada 1 dollara 1 litr benzin almaq olar
Meksikada 1 dollara 48 banan düşür
Avstraliyada 1 dollara bir dəqiqə telefonla danışa bilərsiniz
Zimbabvedə 1 dollara Xarar bazarında istədiyiniz şeyi ala bilərsiniz
Kanadada 1 dollara 1 alma düşür
Haitidə 1 dollara düyüdən hazırlanmış 4 növ yemək almaq olar
Belçikada 1 dollara 1 qutu saqqız düşür
Venesuelada 1 dollara maşınınızın benzin çənini tam doldura bilərsiniz
Səudiyyə Ərəbistanında 1 dollara taksi ilə 1 km getmək olar
İtaliyanın Gənci şəhərində 1 dollarla bir günlüyə ev tuta bilərsiniz
Finlandiyada 1 dollara tualetə gedə bilərsiniz
Danimarkada 1 dollara "Kinder Maxi" almaq olar
Yaponiyada 1 dollara bir oniqiri ala bilərsiniz
İndoneziyada 1 dollarla yaxşıca nahar etmək olar
Çində 1 dollara pivə içə bilərsiniz
Çexiyada 1 dollara 3 butılka pivə almaq olar
Böyük Britaniyada 1 dollara 1 yumurta almaq olar
Vyetnamda bir dollara 40 yumurta almaq olar
Misirdə 1 dollara 6 sendviç yeyə bilərsiniz
Portuqaliyada 1 dollara bir kiçik fincan espresso içmək olar
İsveçrədə 1 dollara 1 dilim pendir almaq olar
Tailandda 1 dollara yaşıl tay karrisi və düyü almaq olar
Keniyada 1 dollara 8 kələm, 4 pomidor və 4 dəst soğan almaq olar
İrlandiyada 1 dollara bir paket çipsı almaq olar
Nepalda 1 dollara 10 ədəd mantı yeyə bilərsiniz
Norveçdə 1 dollara heç nə ala bilməzsiniz
AzNews.az