“Mercedes”dən düş, eşşəyə min” – Deputatdan təklif

22 Dekabr 2014 08:39 (UTC+04:00)


AzNews.az xəbər verir ki, Sergey Kaplin Baş nazir Arseni Yatsenyuku sərt tənqid edib.



Deputat deyib ki, ölkədə baş verən böhrana görə Baş nazir mindiyi "Mercedes" markalı xidməti maşınını eşşəyə dəyişdirməlidir.

Onun fikrincə, Baş nazirin xidməti maşınının bir yay təkərinin qış təkərinə dəyişdirilməsi dövlətə 2660 dollara (42 min qriven) başa gəlib.

"Ölkənin belə çətin günündə bütün məmurlar dövlətin onlara ayırdıqları puldan az istifadə etməlidirlər. Baş nazir isə Ukraynada vəziyyət düzələnədək işə eşşəklə getməlidir", - deyə deputat əlavə edib.