“Barselona“dan Neymara yeni təklif

23 Dekabr 2014 08:16 (UTC+04:00)


AzNews.az xəbər verir ki, 22 yaşlı hücumçu ilə müqaviləni 2020-ci ilə kimi artırmaq planlaşdırılır. 2013-cü ilin yayında "Santos"dan katalon klubuna təşrif buyuran Neymar ötən mövsüm istənilən kimi çıxış etməsə də, cari mövsümdən öz oyununu tapa bilib. Onun "Barcelona" ilə hazırki müqaviləsi 2018-ci ildə başa çatır.

Neymar birinci dövrədə "Barcelona"nın 14 qolunun müəllifi olub. Bunun üçün braziliyalı futbolçuya 18 oyun kifayət edib. O, Braziliya millisinin də aparıcı üzvüdür.