Neftçala rayonunun 104 yaşlı sakini birinci səs verdi

23 Dekabr 2014 12:15 (UTC+04:00)


AzNews.az AzərTAc-a istinadən xəbər verir ki, İ.Sailov bütün həyatı boyu seçkilərdə iştirak etdiyini və həmişə də birinci səs verənlər arasında olduğunu deyib.

İsrafil baba bunu özünün vətəndaşlıq borcu hesab etdiyini söyləyib.


Ümumiyyətlə, 61 saylı Neftçala seçki dairəsi üzrə budəfəki bələdiyyə seçkilərində yaşı 100-dən yuxarı olan 4 seçici iştirak edib.