Hindistan teraktında ölənlərin sayı 56-ya çatdı

24 Dekabr 2014 09:20 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda məlumatı "France-Presse" agentliyi yayıb.

Sonitpur və Kokradjar əyalətlərində baş verən teraktda 80 nəfərin isə yaralandığı deyilir.
Ölənlərin əksəriyyətinin etnik qrup olan adivasilərə aid olduğu açıqlanıb. Həlak olanlar arasında qadın və uşaqların da olduğu bildirilir.


Hindistanın Baş naziri Narendra Modi çıxış edərək yaraqlıların bu teraktını "qorxaq terakt" adlandırıb.