Jurnalistin şikayəti təmin edilmədi

24 Dekabr 2014 18:48 (UTC+04:00)
Bu gün Bakı Apellyasiya Məhkəməsi jurnalist Pərviz Həşimlinin şikayətini təmin etməyib.

"Qafqazinfo" xəbər verir ki, məhkəmə jurnalist barəsində ittiham hökmünü qüvvədə saxlayıb, bu barədə Turan-a vəkil Bəhruz Bayramov bildirib.

"Bizim yol" qəzetinin əməkdaşı Pərviz Həşimli 2013-cü il sentyabrın 17-də MTN əməkdaşları tərəfindən həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsi mayın 15-də onu qanunsuz silah və döyüş sursatları saxlamaqda, istifadə etməkdə, silah və döyüş sursatları qaçaqmalçılığında təqsirli bilib və 8 il müddətinə azadlıqdan məhrum edib. Həşimli bildirib ki, bu iş üzrə təqsirləndirilən digər şəxs – Qurbanov ona böhtan atıb.