Altı uşağını və həyat yoldaşını öldürdü

24 Dekabr 2014 19:47 (UTC+04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, ilkin ehtimala əsasən, kişi evə gələrək ailəni qonaq otağına toplayıb və zəhər içməyə məcbur edib, sonra isə özünü asıb.

Digər versiyaya görə, uşaqlar boğulmuş vəziyyətdə tapılıb, həyat yoldaşının üzərində isə çoxsaylı bədən xəsarəti qeydə alınıb. Uşaqlardan 4-ü oğlan, 2-si isə qızdır.

Hadisəni səbəbləri məlum deyil. Faktla bağlı Mexiko ştatının prokurorluğu araşdırma aparır.