Yasamalda avtomobil qəfildən yandı - FOTOLAR

25 Dekabr 2014 08:19 (UTC+04:00)


AzNews.az Lent.az-a istinadən xəbər verir ki, Əsəd Əhməd küçəsi ilə Mətbuat prospekti istiqamətində hərəkətdə olarkən "Nissan" markalı avtomobil qəfildən yanmağa başlayıb.

Alovu sürücü və avtomobildə olan sərnişinlər dərhal söndürə biliblər. Yanğına səbəb avtomobilin mühərrikində olan nasazlıq səbəb olub. "Nissan" evakuator vasitəsi ilə ərazidən aparılıb.