Terrorçu Səddam öldürüldü- VİDEO

26 Dekabr 2014 19:18 (UTC+04:00)


ANS TV-nin məlumatına görə, Pakistanın Peşəvər şəhərində hərbi məktəbə edilən hücumun təşkilatçılarından biri, ordu qüvvələri tərəfindən öldürülüb. Bunu keçirdiyi brifinq zamanı Xayber vilayətinin polis rəisi Şabab Əli Şah açıqlayıb:

"Təhlükəsizlik qüvvələri kəşfiyyatdan aldıqları məlumata əsasən, Xayber tayfa regionunda reyd keçirilib və baş verən atışmada Səddam adlı silahlı öldürülüb. Daha altı nəfər silahlı isə yaralanıb və həbs edilib".

Polis rəisinin məlumatına görə, Səddam adlı zərərsizləşdirilən şəxs "Taliban"ın Peşəvərdə hərbi məktəbə hücum planının hazırlanmasına yaxından kömək edib. Zərərsizləşdirilən şəxsin həm də səhiyyə işçilərinə qarşı bir neçə hücum həyata keçirdiyi də deyilir.

Dekabrın 16-da bir qrup silahlı şəxs Peşəvərdə hərbi məktəbə hücum edərək 500 nəfəri girov götürdülər. Bir neçə saat davam edən əməliyyatdan sonra silahlılar zərərsizləşdirildi. Əməliyyat nəticəsində məlum oldu ki, böyük əksəriyyəti uşaq olmaqla 148 nəfər həlak olub.