38 yaşlı qadını küçənin ortasında döydülər

28 Dekabr 2014 17:30 (UTC+04:00)


Hadisə Əlizadə küçəsi 5 ünvanının yaxınlığında (Fransa səfirliyinin qarşısı) baş verib.

Polisə müraciət edən 1976-cı il təvəllüdlü Əsədova Cəmilə Soltan qızı dekabrın 22-də saat 00:25 radələrində tanışı tərəfindən küçədə döyüldüyünü deyib.

Qadın qeyd edib ki, həmin şəxslə əvvəlcədən tanış olublar və ona qarşı zorakılıq edən kişinin adı Sərqam olub.

Araşdırmalar davam etdirilir.(Lent.az)