Motosklet qəzasında ölənin kimliyi məlum oldu

28 Dekabr 2014 23:16 (UTC+04:00)


AzNews.az APA-ya istinadən xəbər verir ki,qəza "Honda" markalı motoskletin arxadan "Shevrolet" markalı maşına çırpılması nəticəsində baş verib. "Shevrolet" ABŞ-ın Azərbaycandakı səfirliyinə məxsus olub.

Motoskletdə olan kişi sürücü ağır yaralanıb, onun sərnişini Nərmin Əliyeva isə hadisə yerindəcə ölüb.

Motoskletin sürücüsü, 1993-cü il təvəllüdlü Qurbanlı Hüseyn Qurban oğlu isə ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Cövdət İsgəndərov APA-ya deyib ki, hadisə iki motoskletin bir-biri ilə ötüşməsi nəticəsində baş verib: "Əvvəlcə motoskletlər bir-biri ilə toqquşub, onlardan biri zərbədən idarəetməni itirib və maşına çırpılıb, digəri isə hadisə yerindən qaçıb".