“Mançester Siti” zəif komandaya qalib gələ bilmədi – VİDEO
29 Dekabr 2014 08:32 (UTC+04:00)
AzNews.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma keçirilib.
Gözlənilməz nəticə Mançester şəhərində qeydə alınıb. Ərəb şeyxlərinə məxsus olan "Mançester Siti" doğma meydanında 2-0 öndə olmasına baxmayaraq autsayder "Bernli"yə qalib gələ bilməyib: 2:2.
"Mançester Siti" – "Bernli" - 2:2
Qollar: David Silva, 23 (1:0), Fernandinyo, 34 (2:0),Boyd, 47 (2:1), Barnes, 81 (2:2)
Digər oyunlar isə belə nəticələnib:
"Tottenhem" – "Mançester Yunayted" - 0:0
"Sautqempton" – "Çelsi" - 1:1
Qollar: Mane, 17 (1:0), Azard, 45+1 (1:1)
"Aston Villa" – "Sanderlend" - 0:0
"Hall Siti" – "Lester" - 0:1
Qol: Mahres, 32
KPR – "Kristal Pelas" - 0:0
"Stok Siti" – "Vest Bromviç" - 2:0
Qol: Diuf, 51; 66
"Vest Hem" – "Arsenal" - 1:2
Qollar: Kazorla, 41-pen. (0:1), Uellbek, 44 (0:2), Kuyate, 54
"Nyukasl" – "Everton" - 3:2
Qollar: Kone, 5 (0:1), Sisse, 34, (1:1), Peres, 51, (2:1), Kolbak, 68 (3:1), Miralyas, 84 (3:2)
Tura bu gecə baş tutacaq "Liverpul" – "Suonsi" matçı ilə yekun vurulacaq.
00:00 "Liverpul" – "Suonsi"
İngiltərə Premyer Liqasında turnir cədvəlinə 46 xalla Roman Avramoviçin komandası "Çelsi" başçılıq edir. "Mançester Siti" 43 xalla 2-ci, "MançesterYunayted" 36 xalla 3-cü yerdə qərarlaşıb.