Milli Məclis dünya azərbaycanlılarına müraciət etdi

30 Dekabr 2014 13:31 (UTC+04:00)


AzNews.az APA-ya istinadən xəbər verir ki, müraciət parlamentin bu gün keçirilən iclasında sədr müavini Bahar Muradova oxuyub.

Müraciətdə qarşıdan gələn bayramlarla əlaqədar dünya azərbaycanlıları təbrik edilir. Bildirilir ki, Azərbaycanın regionda və dünyada artan gücü dünya azərbaycanlıların daha da həmrəy olmasında əsas faktordur: "Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasət bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və güclü Azərbaycan dövləti daim dünyadakı azərbaycanlıların yanındadır".

Müraciət səsə qoyularaq qəbul olunub.