Təyyarə axtarışında 40 cəsəd tapıldı

30 Dekabr 2014 15:28 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda məlumatı İndoneziya hərbi-dəniz qüvvələri yayıb.

Məlumatda deyilir ki, cəsədlər və təyyarə qalıqları Yava Dənizində aşkar olunub.
Qalıqların təyyarəyə məxsus olduğu hələ ki, təsdiqlənməyib.


Qeyd edək ki, göyərtəsində 162 adam olan Airbus A320-200 təyyarəsi bazar günü İndoneziyadan Sinqapura uçarkən yoxa çıxıb.

Təyyarə yoxa çıxmazdan əvvəl pis hava şəraitilə bağlı marşrutun dəyişdirilməsi üçün dispetçer xidmətinə müraciət edib və sonra radarlardan itib.