Milli Məclis AP-nin qətnaməsinə bəyanatla cavab verdi
1 Oktyabr 2012 11:33 (UTC+04:00)
Azərbaycan Milli Məclisinin müvafiq Komissiyası Avropa Parlamentinin (AP) Ramil Səfərovla bağlı qətnaməsinə qarşı bəyanat layihəsi hazırlayıb. Bəyanat səsverməyə qoyularaq qəbul olunub. Bəyanatda AP-nin qətnaməsindən təəssüf ifadə olunub.
Həmçinin qeyd olunub ki, R.Səfərovun Azərbaycana ekstradisiyası və əfv edilməsi zamanı yerli qanunlara və beynəlxalq konvensiyalara əməl olunub. Bəyanat səsverməyə çıxarılaraq qəbul olunub.
İlkin
AzNews.az