Tələbələr güllələndilər - 27 ölü

3 Oktyabr 2012 07:40 (UTC+04:00)
Nigeriyanın Mobi şəhərində naməlum şəxslər dövlər politexnik kollecinin tələbələrini güllələyiblər. ANS PRESS-in "İTAR TASS"a istinadla verdiyi məlumata görə, hadisə nəticəsində 27 nəfər həlak olub. Təhsil müəssisəsinin əməkdaşının sözlərinə görə, daha 15 nəfər yaralanıb.

Faciə səhər saatlarında baş verib. Bəzi məlumatlara görə, hücum edənlərin tələbələrin otaqlarına soxularaq, köməksiz insanları güllələbaran etməsi bir necə saat davam edib. Lakin nə polislər, nə də hərbçilər cinayətkarlara mane ola bilməyiblər.

Kollecin rəhbərliyinin hazırlanan hücumdan xəbərdar olduğu ehtimal edilir. Belə ki, bir müddət əvvəl kollecin ərazisindən tələbələrin köçürülməsi və 2 oktyabrda - çərşənbə axşamı dərslərin keçirilməməsi barədə xəbərdarlıq edilibmiş. Lakin heç bir tədbir görülməyib.

AzNews.az