Rusiyada Poroşenkonun fabriki bağlandı

1 Aprel 2015 13:22 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "112 Ukrayna" telekanalı Rusiyanın "gorod48" saytına istinadən yayıb.

Fabrikaya giriş xüsusi təyinatlı dəstə tərəfindən qadağa qoyulub.

Yerli jurnalistlərin sözlərinə görə, güc strukturlarının arasında Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları da olub.


Qeyd edək ki, Petro Poroşenko "Roshen" şirkətindəki payını satmaq qərarına gəlsə də hələ buna nail ola bilməyib. Onun fikrincə, Rusiya hakimiyyəti bu alqı-satqı prosesinə ciddi maneçilik törədir.

Xatırladaq ki, Poroşenkonun "Roshen"dəki payının satışı ilə "Rothschild" şirkəti məşğul olur.