Maşını evakuatorla aparılan şəxs özünü yandırdı

1 Aprel 2015 13:34 (UTC+04:00)


"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonu ərazisində baş verib.

Bir neçə avtomobili cərimə meydançasına aparılan şəxs buna etiraz edib. Cəlilabad rayon sakini 1979-cu il təvəllüdlü Niyaməddin Fərəcov Füzuli 53-də yerləşən Evakuator xidmətinin ofisinə gələrək avtomobillərinin evakuatorla götürülməsinə irad bildirərək üzərinə benzin töküb yandırıb. N.Fərəcov 3-cü dərəcəli yanıq xəsarəti ilə 5 saylı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.