Bakıda AA seriyalı maşına hücum - Qızıl oğurlanıb

2 Aprel 2015 16:09 (UTC+04:00)


AzNews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində baş verib.

Elə həmin küçədə yaşayan Böyük Britaniya vətəndaşı 1977-ci il təvəllüdlü Azər Əliyevin idarə etdiyi Ram-X firmasına məxsus Nissan–Patrol markalı 10 AA 681 nömrəli avtomobilin şüşələri sındırılıb. Maşından 3 min fund sterlinq, qızıl-zinət əşyaları və şəxsiyyət vəsiqələri oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.