“Rus gəmisində çalışan xaricilər qul kimidirlər” – Açıqlama
3 Aprel 2015 10:48 (UTC+04:00)
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Rusiya dənizçilərinin Uzaq Şərq regional həmkarlar təşkilatının sədri Nikolay Suxanov deyib.
Onun sözlərinə görə, xaricilərin belə gəmilərdə işə qəbul edilməsi sxemi hər kəsə aydındır.
"Onlar heç də adi sərnişin və yaxud müşahidəçi deyil, adi işçilərdir. Rusiya Federasiyası bayrağı altında suda üzən gəmilərdə yalnız rusiyalı ekipaj çalışa bilər. Belə çıxır ki, xariciləri açıq dənizdə gəmilərə mindirirlər. Nəticədə bu üsulla çalışan xaricilər qul kimi olurlar. Onların nə sığortası, nə yaxşı maaşı və nə də hüququ var. Belə işçilərin işə cəlb edilməsi Rusiya Hərbi-Dəniz Donanmasının və dənizçilərin həmkarlarının nəzarəti altında həyata keçirilməlidir. Gəminin sahibi isə onlarla müqavilə bağlamalı və onlara iş şəraiti yaratmalıdır. Yalnız bundan sonra xaricilər qanuni əsasla çalışa bilərlər".