Üç sutka milyon volt gərginlikdə qaldı
9 Oktyabr 2012 06:23 (UTC+04:00)
Tanınmış amerikalı illuziyaçı Devid Bleyn özünün daha bir ölümcül səhnəsini tamaşaçılara təqdim edib. O, 3 sutka ərzində 6 metr hündürlükdə milyon volt gərginliyə qoşulmuş vəziyyətdə qalıb. Səhnəni uğurla yekunlaşdıran Bleyn tamaşaçılarına dəstəyə görə minnətdarlığını ifadə edib.
Tamaşaçılar arasında onun həyat yoldaşı və 2 yaşlı qızı da olub. Bleyn tamaşaçılara təşəkkür etdikdən sonra tibbi personal onun səhhətini müayinədən keçirib. Daha sonra onu xəstəxanaya yerləşdiriblər. Həkimlər Bleynin səhhətində problem olmadığını, sadəcə özünü halsız hiss etdiyini deyiblər.
Sadiq Musa
AzNews.az