Sabaha olan hava Proqnozu
3 Aprel 2015 15:27 (UTC+04:00)
Bakıda və Abşeron yarımadasında aprelin 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecəyə doğru yarımadanın bəzi yerlərində az yağış yağacağı gözlənilir.
Axşam bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub küləyi axşam arabir güclənən şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-7, gündüz 8-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında aprelin 4-də hava şəraitinin gün ərzində bəzi qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Gündüz arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 4-9, gündüz 13-18, dağlarda gecə 0-4 dərəcə isti, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Aprelin 4-5-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, aprelin 4-də gündüz arabir güclənən gilavar küləyinin aprelin 5-də güclü xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.