"Qafqazinfo" xəbər verir ki, iki günlük səfərə gələn və prezident İlham Əliyevlə görüşündən sonra şeyx bölgələrimizə üz tutub. Ov quşlarını da özləri ilə gətirən ərəblər çadırlar qurublar.
Qeyd edək ki, son vaxtlar ərəblərin Azərbaycana səfərləri müntəzəm xarakter almağa başlayıb. Şeyxdən bir neçə gün öncə onun varisi Hamdan Muhammed Bin Rəşid əl-Maktum da Azərbaycanda qeyri-rəsmi səfərdə olmuşdu.