Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı Şərh
3 Aprel 2015 19:10 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.
Müdafiə Nazirliyi bəyan edir ki, erməni silahlı qruplaşmaları arasındakı ziddiyyətlər, Ermənistandan çağırılan hərbi qulluqçularla Dağlıq Qarabağın yerli erməniləri arasındakı daxili çəkişmələrin nəticəsində bir-birini gülləbaran etməsindən sonra düşmən hər dəfə Azərbaycan tərəfini günahkar çıxarmağa cəhd göstərir.
"Heç şübhəsiz ötən gecə cəbhədə baş verən hadisə də məhz bu qəbildəndir. Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır", deyə Müdafiə Nazirliyindən bildirilib.