Nərimanov rayon əhalisi tibbi müayinədən keçdi - FOTO
4 Aprel 2015 14:04 (UTC+04:00)
AZNEWS.AZ xəbər verir ki, poliklinika sakinlərin tibbi yoxlamalardan rahat şəkildə keçmələri üçün ən müasir avadanlıqlarla təchiz olunub. Burada xəstəxanaya gəlmək imkanları məhdud olan xəstələrin müayinəsi üçün xüsusi həkim briqadaları fəaliyyət göstərir.
Xəstəxananın baş həkimi Təranə Məmmədova 9000-ə yaxın sakinin xəstəxananın qeydiyyatında olduğunu və bu günə qədər 4300-dən çox vətəndaşın tibbi müayinədən keçdiyini, eyni zamanda xəstəliklərin ilkin dövrdə aşkar olunması, xəstələrin dispanser qeydiyyatına götürülməsi üçün həyata keçirilən tədbirlərin sonrakı dövrlərdə onların müayinə və müalicəsində böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Ümumiyyətlə, tibbi müayinələr başlayandan etibarən rayon üzrə 57031 nəfərin müayinələrdən keçməsi təmin olunaraq, onlardan 43441 nəfərdə hər hansı bir xəstəlik aşkar edilməyib, 13296 nəfərə ambulator, 294 nəfərə isə stasionar müalicə təyin olunub.
Sakinlər onların sağlamlıqlarının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicəyə cəlb olunması məqsədi ilə keçirilən bu nəcib aksiyanı yüksək dəyərləndirərək, onların hər zaman qeydinə qalan dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə cari ilin fevral ayının 1-dən mayın 1-dək respublika əhalisinin ümumi profilaktik müayinələrə cəlb olunması aksiyası keçirilir.