Mərkəzi Bankdan dolların kəskin balaşmasıyla bağlı açıqlama - “Panikaya ehtiyac yoxdur”
7 Aprel 2015 22:55 (UTC+04:00)
Bunu ans press-ə açıqlamasında Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev bildirib.
Onun sözlərinə görə, dolların məzənnəsi Mərkəzi Bankın saytında göstərilib:
"Sabah kəskin bahalaşma olacağı barədə deyilənlər əsassızdır. Heç bir panikaya ehtiyac yoxdur".
Qeyd edək ki, dolların növbəti dəfə kəskin bahalaşacağı ilə bağlı xəbərlər yayılıb. Bu səbəbdən də Bakıda valyutadəyişmə məntəqələrinin əksəriyyəti bağlanıb.
Valyutadəyişmə məntəqəsində çalışanlar sabah dolların 10 qəpik bahalaşacağın bildiriblər.