Avtomobil oğrusu tutuldu - Masallıda

8 Aprel 2015 14:33 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumata görə, aprelin 3-də Masallı rayonunun Təklə kəndində kənd sakini, əvvəllər məhkum olunmuş İlqar Məmmədov həmkəndlisi Çingiz İbrahimovu hədələyərək "Opel" markalı avtomobilini alıb.

Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Məmmədov tutulub.

Ondan 5,7 qram tiryək götürülüb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 5-də rayon sakini Rauf Hüseynovu da hədələyərək "VAZ-2107" markalı avtomobilini almağa cəhd göstərməsi də müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.