ATV-də baxşəliyevlər qalmaqalı – Videolar

10 Aprel 2015 17:01 (UTC+04:00)

Axar.az xəbər verir ki, reytinqli və baxımlı bir kanaldan populyar verilişin dayandırılıb, digər telekanala adladılması və bunun səbəbi barədə açıqlama verilməməsi ciddi suallar yaradır. Hazırda nə Xoşqədəm Hidayətqızının özü rəsmi açıqlama yayıb, nə də ATV rəhbərliyi. Ona görə də ehtimallara yol açılıb.

Ehtimallardan ən inandırıcısı isə ATV-dəki "Öz aramızda" adlı digər populyar veriliş və onun aparıcısı Zaur Baxşəliyevlə bağlıdır. Artıq bir müddətdir ki, Z.Baxşəliyev "Öz aramızda" verilişində proqramın formatına qətiyyən uyğun olmayan istiqamət seçib. Belə ki, hazırda "Öz aramızda" verilişində də itkin düşmüş insanların tapılması istiqamətində Z.Baxşəliyevin komandası çalışmaqdadır.

Sözügedən mövzular mart ayından üzü bəri özünü göstərir. Yəni bir aydan artıqdır ki, "Öz aramızda" "səniaxtarıramlıqla" məşğuldur - atasının şiddətinə görə evdən qaçan gənci, 15 ildir ki, itkin düşən Tver vilayəti sakinini, 11 yaşlı Ceyhunu, 21 ildir ki, ailəsindən didərgin düşüb Qazaxıstanda yaşayan ailə başçısının tapılması və s. süjetləri misal göstərmək olar.


Görünür, Xoşqədəm Baxşəliyeva Z.Baxşəliyevin "Səni axtarıram" verilişinin formatına uyğun verilişlər hazırlamasından və onun mövzusunu mənimsəmə cəhdindən təbii narazılığını dilə gətirib. Bu haqlı narazılığı doğuran səbəbin aradan qaldırılmaması isə X.Baxşəliyevanı radikal addım atmağa – yəni verilişini komandası ilə birgə digər populyar kanala keçirməsinə səbəb olub.

Axar.az olaraq "Öz aramızda" verilişində "Səni axtarıram"ın formatına uyğun hazırlanan süjetlərdən bir neçəsini təqdim edirik: