Türkel TV-nin peyk yayımına icazə verildi

10 Aprel 2015 19:16 (UTC+04:00)
AzNews.az-ın məlumatına görə, iclasda "Türkel TV" MMC-nin peyk yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətinə baxılıb, "Türkel TV" MMC-yə peyk yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib.

Azərbaycanın və Cənubi Qafqazın ilk və yeganə xəbər kanalı olan "Türkel TV" (TTV) bu gündən dünyaya yayımlanacaq.

24 saatlıq efirində yalnız xəbər buraxılışları yayımlayan televiziya ölkədə və regionda, həmçinin dünyada baş verən yeniliklərlə bağlı istinad mərkəzinə çevrilmək niyyətindədir.