Böyük Britaniyaya vizaların qiyməti qalxdı – Cədvəl
11 Aprel 2015 14:11 (UTC+04:00)
Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən AzNews.az-a verilən məlumata görə, viza qiymətlərinin artımı ilə bağlı qərar fevral ayından verilib. Lakin qərar apreldən etibarən qüvvəyə minib. Səfirlikdən bildirilib ki, qiymət artımı vizaların növünə uyğun olaraq dəyişir. Bura uzun müddətli səfərlər, məskunlaşma, habelə points-based kimi tanınan səfər kateqoriyası daxildir.
Viza rüsumlarının miqdarı Britaniya hökumətinin yeni tənzimləmə qaydaları çərçivəsində müəyyənləşib.
Qeyd edək ki, qiymət artımı yalnız Azərbaycandan Böyük Britaniyaya səfər edənlərə deyil, bütün dövlətlərdən gələnlərə şamil edilib.
2015-2016-cı illərdə Böyük Britaniyaya vizaların qiymətlərinin cədvəlini təqdim edirik: