Rusiyanın ən yoxsul və ən varlı şəhərinin adı açıqlandı
13 Aprel 2015 10:02 (UTC+04:00)
AZNEWS.AZ xəbər verir ki, araşdırmadan sonra məlum olub ki, ən yoxsul şəhər Yakutiyada yerləşən Verxoyansk şəhəridir.
Bu şəhərin sakinləri 2012-ci ildə orta hesabla ayda 21 rubl maaş alıblar. Yoxsul şəhər siyahısına Penza vilayətinin Sursk, Smolensk vilayətinin Demidov və Rudnya, Nijeqorod vilayətinin Vorsma şəhərləri də salınıb.
Ən bahalı şəhər isə Xantı-Mansiysk muxtar dairəsində yerləşən Nadım şəhərinə qismət olub.
Bu şəhərin sakinləri ayda 90.4 min rubl maaş alırlar. Leninqrad vilayətinin Primorsk şəhəri də varlı şəhər kimi tarixə düşüb.