İŞİD liderlərindən biri öldürüldü

13 Aprel 2015 13:32 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı yerli "İRİB" telekanalı yayıb.

Məlumata görə, Abu Mariya adlı şəxs İraqın şimalında yerləşən Tikrit şəhərinin tam azad edilməsi zamanı baş verən döyüşdə ölüb.

Hərbi ekspertlərdən biri vurğulayıb ki, Abu Mariya İŞİD-in ələ keçirdiyi iki rayonun "qubernatoru" olub. Onun Acil neft yatağının yaxınlığında öldürüldüyü deyilir.

Əməliyyatda Abu Mariyanın köməkçilərdən biri də məhv edilib.