AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Die Welt" qəzeti yayıb.
87 yaşlı yazıçının bu gün dünyasını dəyişdiyi deyilir.
Qeyd edək ki, Qrassın "Tənəkə baraban" adlı ilk romanı 1959-cu ildə işıq üzü görüb. Bu roman üzrə film çəkilib və 1979-cu ildə Kann festivalında "Qızıl palma budağı" nominasiyasını qazanıb.
Sonra isə bu film "Oskar" mükafatını alıb. 1999-cu ildə almaniyalı yazıçı Nobel mükafatına layiq görülüb.