“Aşıq Ədalət həmin söyüşü özünə ünvanlayıb...” – Aşıq Əli
13 Aprel 2015 16:32 (UTC+04:00)
Rəqqasə Aytən isə onu efirdən söyən aşıq Ədaləti də, həmin verilişinin aparıcısı İradə İsaqı da məhkəməyə verəcəyini açıqlayıb.
Qalmaqal baş verən verilişin qonağı olan Aşıq Əli olayın neçə baş verməsindən danışıb. O, AzNews.az-a bildirib ki, Aşıq Ədalət doğrudan da sözügedən verilişin çəkiliş prosesində təhqiredici ifadə işlədib: "Aşıq Ədalət bizim ağsaqqalımızdır, yaşlı insandır, əsəbiləşə bilər. Hər bir insanın öz əsəbi var. Yaşa görə bunu nəzərə almaq lazımdır. Ustad etdiyi söyüşü konkret heç kəsə ünvanlanmayıb. Sadəcə deyib ki, "Bu göbək məndə olsaydı, mən də oynayardım", ardınca da həmin ifadəni işlədib. Ola bilər ki, bunu özünə ünvanlayıb ki, yəni mən də bunu edə bilərəm".
Aşıq Əli əlavə edib ki, o kadrlar ATV-də efirə getməyib, çıxarılıb: "O, efir arxası olan bir söhbətdir. Onu şişirdib bu səviyyəyə gətirdilər. Heç bir kanal istəməz ki, onun efirindən nalayiq söyüş işlənsin. O kanal da səviyyəsini qoruyub onu efirə vermədi".
Lalə
AzNews.az