Neftin qiyməti 60.21 dollar oldu – YENİLƏNİB

15 Aprel 2015 10:38 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Rusiyanın "gazeta" saytı yayıb.

Nyu-York birjasında da "WTI" markalı neftin qiymətində artım olub. Bu markanın bir barelinin qiyməti 0.68 faiz yüksələrək 53.65 dollar olub.

***

10:21

Neftin bir barelinin qiyməti qalxmaqda davam edir.

AZNEWS.AZ xəbər verir ki, Londonun İCE birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0.86 faiz qalxaraq 58.43 dollar təşkil edib.

Nyu-York birjasında isə Amerikanın yüngül markası hesab edilən "WTI"nin qiyməti yüksəlib.

Belə ki, bu markadan olan neftin bir barelinin qiyməti 0.30 faiz yüksələrək 53.45 olub.