Ramil Usubovun 11 milyonluq radar əməliyyatı
16 Aprel 2015 17:32 (UTC+04:00)
AZNEWS.AZ xəbər verir ki, buna səbəb kimi radarlardan yığılan pulların fantastik həddə çatması göstərilir. Hazırda bu məbləğin nə az, nə çox düz 11 milyon manat təşkil etdiyi deyilir.
Nazirə xəbər verilib ki, radarların çoxu məmurlara, deputat və nazirlik işçilərinin adına olan avtomobillərə məxsusdur və bəzi avtomobillərin 50 min manata yaxın ödənilməyən radarı var. Bunların arasında nazirlik və dövlət qurumlarına məxsus xidməti maşınların da olduğu bildirilir.
Nazirə verilən bu informasiya onu bərk narahat edib. Ramil Usubov öz əməkdaşlarına artıq əməli işə keçmək tapşırığını verib. Bu problemin kökündən həll edilməsi üçün öncə radarların çoxluq təşkil etdiyi nazirliklərə müraciət edilib.
Ünvanlanan müraciətdə nazirlərdən xahiş olunub ki, o, öz işçilərinin avtomobillərinin və xidməti maşınlarının radarlarının ödənilməsi prosesini həyata keçirsin.
Deyilənə görə, artıq bu müraciət özünün müsbət həllini tapıb və radarların ödənilməsinə başlanılıb.