Sabunçu qəzası ilə bağlı RƏSMİ MƏLUMAT
17 Aprel 2015 12:01 (UTC+04:00)
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumat idarənin mətbuat xidmətindən Lent.az-a verilib.
Məlumata görə, aprelin 16-da saat 18 radələrində, Maştağa qəsəbəsi B.Bağırov küçəsində qəsəbə sakinləri - 2000-ci il təvəllüdlü Kamran Həmzə oğlu Bəyəliyev qohumu Cəfər Bəyəliyevə məxsus "Mercedes" markalı avtomobili qaçıraraq 2001-ci il təvəllüdlü Aftandil Vahidovu və Tələt Seyidovu vurub və idarəetməni itirərək maneəyə dəyib.
Nəticədə K.Bəyəliyev, sərnişini Kənan Hüseynov, A.Vahidov və T.Seyidov 3 saylı ŞKX-na daxil olublar. T.Seyidov ölüb, digərlərinin vəziyyətləri ağırdır. Fakt Sabunçu RPİ 14-cü PB tərəfindən araşdırılır.