Nazirlikdən “Son zəng” açıqlaması
17 Aprel 2015 12:45 (UTC+04:00)
AzNews.az xəbər verir ki, nazirlik Trend-in sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri, bir qayda olaraq, sentyabrın 15-də başlayıb mayın 31-də başa çatır.
Lakin 2015-ci ildə may ayının 31-i bazar gününə təsadüf etdiyindən cari tədris ilində 5 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində dərslər mayın 29-u, 6 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə mayın 30-u başa çatacaq.
"Son zəng" tədbirləri də müvafiq olaraq mayın 29-u və 30-u bilavasitə ümumtəhsil məktəblərində təşkil ediləcək.