Əfqanıstanda ölənlərin sayı 33-ə çatdı - YENİLƏNİB

18 Aprel 2015 11:22 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Reuters agentliyi yayıb.

Məlumata görə, 100 nəfərdən çox insanın da yaralandığı deyilir.

Bu faktı şəhər polis idarəsinin rəisi Fazel Əhməd Şirzad təsdiq edib: "Avtomobilin partlaması xeyli sayda insanın ölməsilə nəticələndi".

"Taliban" hərəkatının rəsmisi bu teraktın onlar tərəfindən törədilmədiyini bildirib.

***
10:29

Əfqanıstanın şərqində terakt hadisəsi baş verib. Nəticədə 22 nəfər həlak olub.

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Reuters agentliyi yerli polis idarəsinə istinadən yayıb.

İnsident bu gün Cəlalabad şəhərində qeydə alınıb. Partlayış dövlət məmurlarının maaş aldığı bankın yaxınlığında olub.

Bu faktı polis idarəsinin rəisi Fazel Əhməd Şirzad təsdiq edib.

Partlayışın kim tərəfindən törədildiyi bəlli deyil.