Efir məkanına nəzarət gücləndirildi - Azərbaycanda

19 Aprel 2015 10:34 (UTC+04:00)

Trend-ə İdarədən verilən məlumata görə, daşına bilən stansiyadakı RSFSV40 analizatoru 30-40 GHZ diapazonunda tezliklərə nəzarət etməyə və 30 MHz-dən 6 GHz-dək radioelektron vasitələrin (REV) yerini müəyyən etməyə qadirdir.

Bundan başqa, DRİ tezliklərin monitorinqi üçün iki daşınan stansiya alıb ki, onlar artıq istismardadır. Həmçinin qurum 40 siqnal analizatoru əldə edib.

Daşına bilən stansiyalar tezliklərin qanunsuz istifadəsinin qarşısını almağa və REV-lərin işinə maneə törədən faktorları aradan qaldırmağa imkan yaradacaq.

Yaxın zamanlarda DRİ tərəfindən üç daşınan stansiya alınacaq və onlardan biri may ayında ölkəyə gətiriləcək.