Kiçik şahzadənin adını təxmin edənə - 500 min
19 Aprel 2015 13:49 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu barədə məlumat dünən The Telegraph qəzetində yer alıb. Hələ Uşağın cinsini hersoq və hersoqinya özləri də bilmirlər.
Məlumatda qeyd edilir ki, uşağın qız olacağı və ona Elis adı veriləcəyi ehtimalına daha çox üstünlük verilir. Populyarlığına görə ikinci yerdə Uilyamın nənəsi kraliça II Yelizavetanın şərəfinə Elizabet adı dayanır. Həmçinin mümkün olan adlar sırasında Şarlotta, Viktoriya və Diana adları da yer alıb.
Şahzadə Uilyam və Keyt Midltonun növbəti dəfə oğlu olacağı ehtimalını seçənlərin sayı çox azdır. Lakin oğlan olarsa, oyunçular onu Artur və ya Ceyms adlandırıla biləcəyinə ehtimal edirlər. Uşağa Hersoq və hersoqinyanın atalarının şərəfinə Çarlz və ya Maykl adlarının veriləcəyi ehtimalı isə daha azdır.
Uşağın nə zaman dünyaya gələcəyi barədə ehtimallar da fərqlidir. Belə ki, oyunçular daha çox aprelin 20-si tarixini seçiblər. Lakin, bu tarix yaxınlaşdıqca onlar seçimlərini dəyişiblər. İndi liderlik edən tarix aprelin 27-sidir. Bundan əlavə internet istifadəçiləri gələcək uşağın aprelin 21-də (bu gün kraliça II Yelizavetanın 89 yaşı tamam olur) və ya aprelin 29-da (şahzadə Uilyam və Keyt Midltonun evliliklərinin dördüncü ili tamam olur) dünyaya gəlməsi ehtimallarını da seçirlər.
Aydan Axundova
AzNews.az