Liviya sahillərində 700-dək miqrant batıb
19 Aprel 2015 15:37 (UTC+04:00)
APA-nın "The Times of Malta" nəşrinə istinadən verdiyi məlumata görə, miqrantlardan yalnız 28-i xilas ola bilib, qalanlarının isə öldüyü ehtimal edilir.
Gəmi aprelin 18-dən 19-a keçən gecə İtaliyanın Lampeduza adasından 200 km cənubda batıb.
Axtarış-xilasetmə əməliyyatlarında İtaliya və Malta gəmiləri, habelə vertolyotlar iştirak edir.
"Agence France-Presse" yazır ki, qalan şəxslərin öldüyü təsdiqlənsə, bu, qeyri-leqal yolla Avropaya yetişmək istəyən miqrantların batması ilə nəticələnən ən irimiqyaslı gəmi qəzası olacaq.
Qeyd edək ki, bu həftə Aralıq dənizində daha iki gəmi qəzası baş verib. Qeyri-leqal miqrantları daşıyan hər iki gəmi Liviyadan İtaliya istiqamətində üzərkən baş verib. Aprelin 14-də baş verən qəzada 400, aprelin 16-da baş verən faciədə isə 41 miqrant ölüb.