AzNews.az Avropa.info-ya istinadən xəbər verir ki, bayraq dünəndən başlayan kəskin küləkli havadan sonra parça-parça olub. Sakinlərin dediyinə görə, Bayraq Meydanından asılmış dövlət bayrağının cırılması faktı ilk deyil.
"Bayraq Meydanındakı dövlət bayrağı dəfələrlə cırılmasına baxmayaraq, ciddi tədbir görülmür. Dəfələrlə külək əsməsi nəticəsində cırılan bayrağı yamaq parçalarla yamayırlar və bunun da ömrü çox qısa olur. İcra başçımızın dövlətimizin bayrağı üçün, 5-6 metr parça almağa gücü çatmırsa, bunu İmişli camaatı özü ala bilər."
İmişlinin Bayraq Meydanında cırılan dövlət bayrağımızın videosunu təqdim edirik: