Avtomobil oğrusu ələ keçirildi
21 Aprel 2015 13:15 (UTC+04:00)
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Aprelin 18-də Osman Cəbrayılovdan soyğunçuluq yolu ilə "Lada-Priora" markalı avtomobil alınıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, hadisəni Bakı şəhər sakini Azər Məmmədov törədib.
Onun oğurladığı avtomobil M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində hərəkətdə olarkən DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən müəyyən edilib.
Azər Məmmədov Suraxanı RPİ 33-cü PB əməkdaşları tərəfindən saxlanılıb.