Daha bir pilot səhlənkarlığı – Prezident ölümdən döndü

22 Aprel 2015 00:53 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu gün isə həmin olayın detalları üzə çıxıb.

Sən demə, təyyarə Belqrad hava limanından havaya qalxandan az sonra köməkçi pilot kabunada nəzarət panelinin üstünə kofe töküb.

Bu da mühərrikin birinin sönməsi və təyyarənin hündürlüyü itirməsilə nəticələnib. Ancaq son anda pilotlar özlərini ələ alaraq "Falcon 50" tipli təyyarəni lazımi hündürlüyə qaldıra biliblər.

Sönən mühərrik işə düşəndən sonra təyyarə yenidən geri Belqrad aeroportuna qayıdıb və prezident Nikoliçin səfəri təxirə salınıb.