Məktəb direktorunun evindən oğurluq edildi - 28 min dollar

22 Aprel 2015 13:54 (UTC+04:00)

AzNews.az "Report"a istinadən xəbər verir ki, kənd məktəbinin direktoru Qasım Əliyevin evinə pəncərə şüşəsini qıraraq daxil olan naməlum şəxs və ya şəxslər 28 min ABŞ dolları oğurlayıblar. Hadisə ev sahibləri mənzildə olmadığı zaman baş verib.

Lənkəran Şəhər Rayon Polis Şöbəsindən "Report"a fakt təsdiqlənib.

Faktla bağlı araşdırma aparılır. Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən olunması istiqamətində tədbirlər görülür.