Bir uşaq atası olan Qarabağ qazisi vəfat etdi

23 Aprel 2015 18:22 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu barədə Qaziler.az saytına mərhumun döyüşçü dostları məlumat verib.

1970-ci ildə Zəngilan rayonunda doğulan R.Əhmədov ürək xəstəliyindən əziyyət çəkirmiş. O, 1993-cü ildə Füzuli istiqamətində gedən döyüşlərdə yaralanıb. Elə o zaman da ürəyindən əməliyyat olunub.

Uzun illər, öz hesabına müalicə olunan Qarabağ qazisi bu gün ürəyindən tutan ağrılar nəticəsində vəfat edib. Onun cənazəsi dəfn olunmaq üçün Şirvan şəhərinə aparılıb.

Ailəli idi, bir oğlu var idi.