Neftin qiyməti 65 dollardan aşağı düşdü
24 Aprel 2015 09:45 (UTC+04:00)
AZNEWS.AZ xəbər verir ki, hazırda Londonun İCE birjasında Brent markalı neft 64.70 dollara satılır.
Nyu-York birjasında isə WTI markalı neft ucuzlaşıb. Belə ki, bu markadan olan neftin bir barelinin qiyməti 0.26 faiz düşərək 57.59 dollar təşkil edib.