Coşqun Rəhimov baba oldu
24 Aprel 2015 14:25 (UTC+04:00)
Bu barədə AzNews.az-a əməkdar artistin özü məlumat verib.
O bildirib ki, bu günə kimi yaratdığı obrazlarda dəfələrlə baba olsa da həyatda bu sevinci ilk olaraq yaşayıb:
"Qızımın qız övladı dünyaya gəlib. Ad seçimi dəqiqləşməyib, hələ qoymamışıq. Yəqin ki, bir-iki günə bəlli olacaq".
Qeyd edək ki, C.Rəhimovun qızı Günel ötən il ailə həyatı qurub.
Bahar RÜSTƏMLİ
AzNews.az